reklam
“Kəpəz” “Zirə”yə qarşı -
Sportfm.az xəbər saytı

“Kəpəz” “Zirə”yə qarşı -Misli Premyer Liqası


Misli Premyer Liqasında 32-ci tur davam edir.

Sportfm.az xəbər verir ki, bu gün turun daha bir oyunu keçiriləcək.

“Kəpəz” Tovuzda “Zirə”ni qəbul edəcək. Gəncə klubu hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb. “Qartallar” isə 61 xalla turnir cədvəlində ikincidir.

Bugünkü matçda qələbə qazanacağı halda “Kəpəz” turnir cədvəlində bir pillə irəliləyəcək. “Zirə” isə səfərdə ən azı 1 xal qazansa, həm medalçılar sırasında olmağı, həm də avrokuboklara vəsiqəni təmin edəcək.

Cari mövsüm bu komandaların qarşıdurmasında “Zirə”nin aşkar üstünlüyü var. Rəşad Sadıqovun komandası rəqibini 4, 3 və 2 cavabsız qolla üstələyib.

26 aprel

19:00. “Kəpəz” - “Zirə”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Tovuz şəhər stadionu

27 aprel

17:30. “Səbail” - “Araz-Naxçıvan”

20:00. “Sabah” - “Qarabağ”

28 aprel

20:00. “Sumqayıt” - “Neftçi”

25 aprel

“Turan Tovuz” - “Şamaxı” - 1:1



Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Davit Volkov ("Zirə") - 10 qol

Salifu Suma ("Zirə") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ" - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Oxşar xəbərlər

"Araz-Naxçıvan" "Turan Tovuz"a qarşı - Misli Premyer Liqası
“Sabah” “Kəpəz”ə, “Qarabağ” “Zirə”yə qarşı - Misli Premyer Liqası
“Kəpəz” “Qarabağ”a qarşı - Misli Premyer Liqası
“Zirə” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Səbail”ə qarşı - Misli Premyer Liqası
"Zirə" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər