reklam
“Qarabağ” yeni rekorda imza atdı
Sportfm.az xəbər saytı

“Qarabağ” yeni rekorda imza atdı


“Qarabağ” Azərbaycan kubokunda yeni rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, Ağdam klubu tarixində 12-ci dəfə turnirin finalına yüksəlib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda yarımfinalda “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırıb – 0:1, 3:0. Bununla da 12-ci dəfə finala vəsiqə qazanan “Qarabağ” 11 dəfə buna nail olan “Neftçi”ni geridə qoyub.

Ağdam təmsilçisi əvvəlki 11 finalın 8-də – 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024 mövsümlərində kuboku qazanıb. Üç dəfə – 1995/1996, 1997/1998 və 1999/2000 mövsümlərində finalda uduzub.

Oxşar xəbərlər

“Qarabağ”ın 4-cü qış çempionluğu
"Qarabağ" 20-ci titulunu qazandı
Qurban Qurbanovun 10-cu çempionluğu
“Qarabağ” yeni rekorda imza atdı
Ölkə kubokunda yeni rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər