Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Atıcılıq üzrə Avropa çempionatının açılışı oldu
Bakıda keçirilən atıcılıq idmanı üzrə Avropa çempionatının iyulun 22-də təntənəli açılış mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən danışıb. Nazir müavini dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın I Avropa Oyunları, Formula-1 yarışları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları ilə yanaşı, atıcılıq üzrə mötəbər turnirlərə də ev sahibliyi etdiyini bildirib. Ölkəmizdə atıcılıq idmanının inkişafı üçün əlverişli şəraitin yaradıldığını, maddi-texniki bazanın ən yüksək tələblərə cavab verdiyini qeyd edən İ.İsmayılov iştirakçılara uğurlar arzulayıb.
Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya çempionatın Azərbaycanda yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib. Bildirib ki, Bakı mötəbər idman yarışlarının keçirilməsi üçün cəlbedici şəhərdir. O, yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyinə minnətdarlığını çatdırıb.
Avropa Atıcılıq Konfederasiyasının (ESC) prezidenti Vladimir Lisin qitə birinciliyinin ölkəmizdə keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. Çempionatın əhəmiyyətini yüksək qiymətləndirən V.Lisin bu mötəbər turnirə ev sahibliyinə görə Milli Olimpiya Komitəsinə, Azərbaycan Atıcılıq Federasiyasına minnətdarlığımı bildirib.
Oxşar xəbərlər
Bakıda atıcılıq üzrə “Dünya Kuboku 2023”ün açılışı oldu
Bakıda atıcılıq üzrə Avropa çempionatının sonuncu günü başladı
Finlandiyalı idmançı Azərbaycanı niyə bəyənir?
“Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirildi
Ağır Atletika federasiyasına yeni prezident seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası