Bakıda atıcılıq üzrə “Dünya Kuboku 2023”ün açılışı oldu
Bu gün Bakı Atıcılıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş atıcılıq üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, açılış mərasimində yarışların Azǝrbaycan xalqının Ümummilli Lideri Heydǝr Əliyevin 100 illiyinə təsadüf etdiyi vurğulanıb. Bildirilib ki, Azǝrbaycan gǝnclǝrinin sağlam hǝyat tǝrzi üçün idmanın inkişafına ǝhǝmiyyǝt verǝn vǝ idmançıları daim dǝstǝklǝyǝn Ulu Öndər Heydǝr Əliyevin müstǝqil Azǝrbaycanın beynǝlxalq idman arenasında tanınmasında əvəzsiz xidmətləri olub.
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, ölkəmizdə üçüncü dəfə keçirilən dünya kuboku yarışlarının Azərbaycanda atıcılıq idman növünün inkişafında böyük rolu olduğunu, bu növdə ilk Olimpiya qızıl medalımızın məhz Ümummilli Liderin prezidentliyi vaxtında qazanıldığını bildirib. Nazir Beynəlxalq Atıcılıq İdman Federasiyasına təşkilati işlərdə dəstəyinə görə təşəkkür edib.
Azərbaycan Atıcılıq Federasiyasının, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahəddinova bu yarışlara ölkəmizin də böyük heyətlə qatıldığını bildirərək, bütün idmançılara uğurlar arzulayıb.
Beynəlxalq Atıcılıq İdman Federasiyasının İdarə Heyətinin üzvü Hazem Hosni “Paris 2024” Yay Olimpiya Oyunlarında tətbiq olunacaq yeni qaydaların bugündən etibarən qüvvəyə mindiyini vurğulayıb və beynəlxalq qurumun prezidenti adından yarışlarını açıq elan edib.
Tədbir konsert və əyləncə proqramı ilə davam edib.
Yarışların ilk final oyunları mayın 10-dan başlayacaq.
Qeyd edək ki, yarışlara dünyanın 66 ölkəsindən 623 idmançı qatılıb. İdmançılar altı gün ərzində güllə atıcılığının 10 növündə qələbə uğrunda mübarizə aparacaqlar.
Oxşar xəbərlər
61 ölkədən 605 idmançı - Dünya Kuboku
Bakı Dünya Kubokuna ev sahibliyi edəcək
Nazir federasiya prezidenti oldu - Azərbaycanda
Dünya Kuboku ilə bağlı mətbuat konfransı təşkil olundu
Atıcılıq üzrə Avropa çempionatının açılışı oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası