reklam
“Turan Tovuz” şikayəti təmin edilmədi
Sportfm.az xəbər saytı

“Turan Tovuz” şikayəti təmin edilmədi


AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdiyev barəsində verilən qərardan şikayətə baxıb.

Sportfm.az xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.

“Turan Tovuz” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Misli Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində Kurban Berdiyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.

AFFA İntizam Komitəsinin qərarında bildirilir ki, Berdıyev daha sonra hakimləri təhqir edib. Bu səbəbdən o, 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, klub 4000 manat məbləğində cərimə olunub. Şərti cəzaya dair 3 ay sınaq müddəti təyin edilib.

Oxşar xəbərlər

AFFA Kurban Berdıyevi "kənarda saxlayacaq" - CƏZA
Premyer Liqa klublarının cəzaları açıqlandı - QƏRAR
AFFA klubları cərimələdi - QƏRAR
"Turan Tovuz"un şikayəti təmin edilmədi
İntizam Komitəsinin qərarları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər