Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millətlər Kubokunun vaxtı və sayı dəyişdirildi
Afrika Millətlər Kubokunun keçirilmə vaxtı və iştirakçıların sayı ilə bağlı dəyişiklik edilib.
Sportfm.az xəbər verir ki, Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsinin iclasında turnirin artıq qışda deyil, iyun və ya iyul ayında təşkilinə dair qərar qəbul olunub. Yarış iştirakçılarının sayı isə 16-dan 24-də artırılıb.
Dəyişiklik 2019-cu ildə Kamerunda keçiriləcək turnirdə tətbiq olunacaq. Yarış əvvəllər olduğu kimi iki ildən bir Afrika ərazisində baş tutacaq və yalnız bu qitənin yığmaları iştirak edə biləcəklər.
Qeyd edək ki, Afrika Millətlər Kuboku 1957-ci ildən keçirilir. Turnirin qalibi Konfederasiyalar Kubokunda iştirak hüququ qazanır. Yarışda ən çox - 7 dəfə Misir yığması qalib gəlib. Sonuncu turnirdə qızıl medalları Kamerun millisi əldə edib.
Oxşar xəbərlər
Afrika Millətlər kuboku başlayır
Millətlər Kuboku Mərakeşdə keçiriləcək - QƏRAR
Afrika Millətlər Kubokunun vaxtı bilindi
Millətlər Kubokunun yeni tarixi açıqlandı - Afrikada
Millətlər Kubokunun yeni tarixi bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası