Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Təhqiri dayandırın!” - "Şerif"dən azərbaycanlı azarkeşlərə
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Şerif" bəzi azərbaycanlı azarkeşlərə müraciət edib.
Sportfm.az xəbər verir ki, Moldova klubu Facebook istifadəçisi olan "Qarabağ"ın fanatlarını onları təhqir etməməyə çağırıb.
"Hörmətli azərbaycanlı dostlar.
Sizdən çox xahiş edirik, təhqirlərə son qoyun və klubumuza qarşı hücumları dayandırın. Nəzərə alın ki, bura "Şerif"in rəsmi səhifəsidir. Buna görə də bənzər şərhlər dərhal silinəcək. Anlayışınıza görə təşəkkür" - deyə "Şerif"in rəsmi Facebook səhifəsi xəbərdarlıq edib.
Xatlrladaq ki, bir qrup azərbaycanlı azarkeş klublarımızın avrokuboklarda rəqibləri bəlli olduqdan sonra qarşı tərəfin sosial şəbəkələrindəki səhifələrində həmin komanda barədə təhqiramiz şərhlər yazırlar.
Oxşar xəbərlər
“Zirə” “Şerif”ə qarşı - Avropa Liqası
"Şerif" "Qarabağ"a görə oyununu təxirə saldı
Azərbaycan çempionu "Şerif Arena"da məşqə çıxdı - FOTO
Bəstəkar Qendel, "Şerif" və biz - VİDEO
“Qarabağ”ın oyunu yayımlanacaqmı? – rəsmi açıqlama
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası