reklam
AFFA-nın əməkdaşları UEFA konfransında iştirak edib
Sportfm.az xəbər saytı

AFFA-nın əməkdaşları UEFA konfransında iştirak edib


UEFA Grow proqramı çərçivəsində milli assosiasiyaların potensialını maksimum dərəcədə artırmaq, bilik mübadiləsini gücləndirmək və onları bir araya gətirmək məqsədilə 4-5 mart tarixlərində Marketinq və Kommersiya İşləri Konfransı təşkil edilib.

Sportfm.az xəbər verir ki, AFFA-nın əməkdaşları da UEFA-nın keçirdiyi həmin konfransda iştirak ediblər. Tədbir Yunanıstanın paytaxtı Afinada yerləşən “Grand Hyatt Athens” hotelində baş tutub.

İki günü əhatə etmiş konfransda futbol və digər sektorlar üzrə ən son trendlər, innovasiyalar müzakirə olunub.

UEFA Grow proqramı çərçivəsində təşkil olunan bu konfrans milli assosiasiyaların marketinq və kommersiya sahəsində qarşılaşdıqları çağırışlara uyğun həll yollarını tapmağı, habelə futbol sənayesinin gələcəyini formalaşdırmağı hədəfləyir.

Oxşar xəbərlər

AFFA-nın əməkdaşları UEFA konfransında iştirak etdi
AFFA prezidenti UEFA-nın toplantısında
AFFA-nın əməkdaşları UEFA-nın seminarında
Yığmamızın sabiq qapıçısı Gürcüstana yollandı
Kütləvi futbol mövzusunda seminar - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər