Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
De Bleker mübahisəli epizod haqda danışdı
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan kubokunun 1/4 final mərhələsində “Neftçi” və “Kəpəz” komandaları arasında baş tutan cavab oyunundakı mübahisəli epizoda münasibət bildirib.
Sportfm.az xəbər verir ki, o, paytaxt təmsilçisinin futbolçusu Bassalu Sambunun epizodu ilə bağlı danışıb:
“Matçın 58-ci dəqiqəsində “Neftçi”nin hücumu zamanı Bassalu Sambu topla irəliləyərək, rəqibin cərimə meydançasına daxil olur. Bu zaman “Kəpəz”in üzvü Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir. Müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi”.
“Neftçi” – “Kəpəz” matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər
"Neftçi"nin legionerinə ağır cəza - QƏRAR
AFFA “Neftçi” və “Zirə”ni cərimə etdi
AFFA “Sabah” – “Turan Tovuz” matçının mübahisəli epizodlarını şərh etdi
De Bleker "Turan"ın futbolçusunun üzünə zərbə haqda - qayda pozuntusu deyil
İntizam Komitəsi qərarları açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin