reklam
Azərbaycanlı futbolçunun şikayəti təmin olundu
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçunun şikayəti təmin olundu


Azərbaycanın futbol üzrə milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin Türkiyənin “Tuzlaspor” klubuna qarşı şikayəti təmin olunub.

Sportfm.az xəbər verir ki, bu barədə futbolçunun hüquqlarını müdafiə edən vəkil Elcan Həsənli özünün sosial şəbəkə hesabında bildirib.

“Hüquqlarını müdafiə etdiyimiz Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin “Tuzlaspor” FK qarşı məhkəmə işini uğurla yekunlaşdırdıq. FİFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən milli futbolçumuza kompensasiya klub tərəfindən ödənilib” deyə E.Həsənli qeyd edib.

B.Həsənalızadə 2023/24 mövsümündə “Tuzlaspor”da oynayıb, 2024-cü ilin yayından isə o, “Araz Naxçıvan”da çıxış edir.

Oxşar xəbərlər

Bəxtiyar Türkiyədə məğlubiyyətə üzüldü
Azərbaycanlı oyunçunun komandası qələbə qazandı - Türkiyə I Liqası
Azərbaycanlı futbolçularının rəqibləri müəyyənləşdi - Türkiyə Kuboku
Bəxtiyar "Tuzlaspor"un "duzu" olmağa yaxındır
Millimizin üzvü "Tuzlaspor"a qələbə qazandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər