reklam
Sportfm.az xəbər saytı

"Vətən"in "sillə vuranı" kimdir? - Klub nəyi gizlədir? -EKSKLÜZİV


Futbol üzrə 17 yaşlıların çempionat matçında baş verən insident haqqında yazmışdıq.

Hadisədən sonra saytımıza verilən məlumata görə, "Neftçi"nin baş məşqçisinin təkcə burnu yox, kəllə sümüyü sındığı da bildirilir.

Bəli, "Vətən"in adı bilinməyən, orda “çalışmayan” əməkdaşı "ağ-qaralar"ın çalışdırıcısı Asif Ramazanova ağır xəsarətlər yetirib.

Təbii ki, "Vətən" tərəfi hadisəni ört-basdır etmək üçün "sillə vuranı" "tanımadığını", onun klubun rəsmi işçisi olmadığını bildirir.

Əgər vuranı "Vətən" rəhbərliyi tanımırsa, biz sizlərə tanıdaq - Oyun zamanı "Neftçi"nin ehtiyat oyunçular skamyasını bir-birinə qatan, məşqçini döyən şəxsi "Vətən"də hamı ləqəbi ilə - "APO" deyə çağırır. Onu istər klubun məşqçiləri, istərsə də, "Vətən" rəhbərliyi çox yaxşı tanıyır. Rəsmi olmasa da, təbii ki, "Vətən"dəki işinə görə pul da alır. Yoxsa, pul almadığı klub üçün niyə belə “canfəşanlıq” etsinki?!

Bu şəxs həm də, İkinci Liqada mübarizə aparan Quba "Hipers"ində çalışır. Vəzifəsi isə inzibatçıdır.

Keçən il "Vətən"in və "Sabah"ın matçlarına azarkeş kimi gələn "APO" "Qarabağ" azarkeşləri ilə dalaşmağa da macal tapıb.

Hətta bizə müxtəlif klubların şərəfini qoruyan gənc futbolçuların verdiyi məlumata görə, onlar "Vətən"lə matçlar zamanı bu şəxsdən xeyli çəkinirlərmiş, çünki o, özünü çox aqressiv aparırmış!

Bax hələlik bu qədər, davamı olacaq...

Saytımızı izləyin....

Oxşar xəbərlər

AFFA-dan açıqlama - "Vətən" - "Neftçi" görüşündəki hadisə ilə bağlı araşdırma aparılır
"Neftçi"nin məşqçisinin burnu sındırıldı - "Heç bizdə bilmirik vuran kimdi!!!"
"Vətən"in 13 yaşlı futbolçusu hakimi təhqir etdi
Rauf Mehdiyevdən sonra "Vətən"i daha bir mütəxəssis tərk etdi
Futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər