reklam
Sportfm.az xəbər saytı

"Kəpəz"dən növbəti transfer


"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi Sadiq Şəfiyev ilə müqavilə bağlayıb. Futbolçu "Turan Tovuz"dan mövsümün sonuna kimi icarəyə götürülüb. 19 yaşlı hücumçu Gəncə futbol məktəbinin yetirməsidir. O, 2020-2021-ci illərdə "Kəpəz"in əsas komandasının heyətində çıxış edib.

Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların da şərəfini qoruyub.

Qeyd edək ki, "Kəpəz" cari qış transfer pəncərəsində bunadək Rati Ardazişvili, Şervoni Mabatşoev və Trent Buhagiari də heyətinə qatıb.

Oxşar xəbərlər

"Kəpəz"in heyətində yeni futbolçu
"Kəpəz"də yeni oyunçu - TRANSFER
"Kəpəz"dən yeni transfer
"Kəpəz"də yeni oyunçu - TRANSFER
“Kəpəz”də yeni futbolçu - 1 illik müqavilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər