Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Onların hər hayqırışı gücümüzə güc qatır" -Yığmamızın üzvü
“Azarkeşləri sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Ülvi Əliyev Avropa çempionatının əsas mərhələsində sabah Yunanıstana qarşı baş tutacaq görüşlə bağlı Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Əliyev azarkeşlərdən komandaya dəstək vermələrini istəyib:
“Yunanıstan millisi qrup oyunlarına qələbə ilə başlayıb. Ümumiyyətlə, indi futzalda zəif rəqib yoxdur. İki gün əvvəl keçirilən matçların nəticələrinə baxsaq, sürpriz hesablar görərik. Bu dəfə öz meydanımızda oynayacağıq. Azarkeşlərimizə səslənirəm ki, oyuna gəlsinlər, dəstəklərini əsirgəməsinlər. Onların tribunadan hər hayqırışı gücümüzə güc qatır. Azarkeşləri sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
O, fevralın 1-də keçirilmiş Xorvatiya millisinə qarşı oyuna (2:9), həmçinin komandanın son durumuna toxunub:
“Oyun düşündüyümüz şəkildə keçmədi. Kobud səhvlər etdik və ardıcıl qollar buraxdıq. Bir qədər diqqətli və dəqiq oynaya bilsəydik, hesab fərqli olacaqdı. Qrupumuzun favoriti sayılan Xorvatiya Avropanın güclü yığmalarından, sonuncu dünya çempionatının iştirakçılarındandır. Dünəndən məşqləri Bakıda davam etdiririk. İki məşq keçmişik. Bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Uşaqlar məşqlərdə həvəslə çalışırlar. Hər birimiz qələbə qazanmaq və Xorvatiya ilə matçdakı yenilgini unutdurmaq istəyirik. Düzdür, az da olsa, yorğunluq var idi. Bərpa prosesini yaxşı keçməyə çalışdıq”.
Azərbaycan – Yunanıstan matçı sabah Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.

Oxşar xəbərlər
"Bu görüşü yaddan çıxarmalıyıq" - İlham Yadullayev
Millimiz iki oyuna çıxacaq
"Uğurlu nəticə əldə etməyə çalışacağıq” - Qurban Qurbanov
"Hamımız yaxşı formadayıq" - Millinin futzalçısı
"Azərbaycan millisi aqressiv və güclü komandadır" - Kosovonun baş məşqçisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heç kim AFFA ilə çalışmaq istəmir - Həşimov da düşünmək üçün vaxt istədi - EKSKLÜZİV
-
Anatoli Nuriyev əvəzedici komandada çıxış edəcək
-
Qurban Qurbanov Almeyda ilə belə vidalaşdı - FOTO
-
AFFA “Sabah” – “Turan Tovuz” matçının mübahisəli epizodlarını şərh etdi
-
Millimiz Xorvatiyada təlim-məşq toplanışına başladı
-
"Qarabağ" - "Səbail" - START HEYƏTLƏR