reklam
I Liqa klubunun üç oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı
Sportfm.az xəbər saytı

I Liqa klubunun üç oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı


AFFA İntizam Komitəsi daha üç futbolçunu futboldan ömürlük uzaqlaşdırıb.
Sportfm.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

I Liqada "Mingəçevir"də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev də ömürlük futboldan kənarlaşdırılıb.

Oxşar xəbərlər

Millimizin sabiq üzvü futboldan ömürlük uzaqlaşdırıldı
Fəhmin Muradbəyli ömürlük futboldan uzaqlaşdırıldı - Qərar
7 oyunçu futboldan uzaqlaşdırıldı - Qərar
2 futbolçuya ömürlük cəza - Qərar
Futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidov istəyini dilə gətirdi - Rəhbərlikdən xahiş edirəm ki...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər