reklam
Sportfm.az xəbər saytı

"Fənərbaxça"ya daha bir cəza -Mourinyo olmayacaq


UEFA Avropa Liqası Liqa mərhələsinin 8-ci turundan öncə cəzaları açıqlayıb.

Sportfm.az xəbər verir ki, qurum "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin cəzalanmasına səbəb 7-ci turun "Lion"la matçının (0:0) ikinci hissəsinə komandasını gec çıxarması səbəb olub. Mourinyo Liqa mərhələsinin son oyununda komandasının yanında olmayacaq.

Qeyd edək ki, "Fənərbaxça" 8-ci tur çərçivəsində Danimarkada "Midyullan"ın qonağı olacaq. Qarşılaşma sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oxşar xəbərlər

Joze Mourinyo əməliyyat olundu
İstanbul derbisinin vaxtı məlum oldu
Mourinyo “Fənər"i ilk məşqinə çıxardı - FOTO
"Fənərbaxça"nın baş məşqçisinə ağır cəza
"Neftçi"nin sabiq prezidenti "Fənərbaxça"nın oyununda - Təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər