“Qəbələ”nin sabiq futbolçusu İsnik Aliminin yeni klubu bəlli olub.
Sportfm.az xəbər verir ki, şimali makedoniyalıyalı yarımmüdafiəçi karyerasını Çində davam etdirəcək.
Son olaraq Rrumıniyada "Sepsi"də çıxış edən 30 yaşlı futbolçu “DL Yinqbo” klub ilə anlaşıb.
Alimi bu mövsüm "Sepsi"də 17 matçda 4 qol vurub, 2 qol ötürməsi edib. 30 yaşlı futbolçu 2021-2023-cü illərdə “Qəbələ”nin formasını geyinib.