reklam
Sportfm.az xəbər saytı

"Araz-Naxçıvan"ın legionerləri məşqlərə qoşuldu


Qış fasiləsindən maksimum faydalanmağa çalışan “Araz-Naxçıvan” bu gündən təlim-məşq toplanışına başlayıb.

Sportfm.az xəbər verir ki, hazırlıq prosesində istirahətlə əlaqədar ölkəsinə yollanmış legionerlər də iştirak edir.

Yanvarın 12-dək davam edəcək hazırlıq prosesi zamanı futbolçular gün ərzində 2 məşq keçəcək. Səhər fitnes zalda çalışacaq komanda üzvləri ikinci hazırlığı stadionda reallaşdıracaq.

Qeyd edək ki, komandamız hazırlıq prosesi çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Yanvarın 9-da, “Kapital Bank Arena”da, saat 15:00-da “Sumqayıt”la üz-üzə gələcək “qırmızı-ağlar” 2 gün sonra - yanvarın 11-də “Səbail”lə gücünü sınayacaq. İkinci matçın məkanı və başlama saatı barədə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

“Araz-Naxçıvan” hazırlıqlara başladı
“Araz-Naxçıvan” qış planında dəyişiklik etdi
“Araz-Naxçıvan”ın qış hazırlıq planı bilindi
"Araz-Naxçıvan”ın yay hazırlıq planı
“Araz-Naxçıvan” da məşqləri bərpa etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər