reklam
Cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
Sportfm.az xəbər saytı

Cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək


Yanvarın 9-12-si aralığında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək.

Sportfm.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 800-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq. Birinciliyin fərdi yarışları yanvarın 9-11-də, komanda yarışları isə 12-də baş tutacaq.

Oxşar xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan birinciliyinə start verildi
İlk yarış gününün qalibləri bəlli oldu
Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakıda cüdo üzrə ilk belə yarış olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər