reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" ili qalibiyyətlə başa vurdu


Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulub. Bununla da yanvarın 17-nə kimi çempionatda fasilə yaranıb.

Sportfm.az xəbər verir ki, sonuncu - 3-cü oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Şamaxı" "Sabah"ı qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

Tura və ilə isə “Qarabağ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulub. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Turnir cədvəlində "Qarabağ" 47 xalla 1-ci, "Araz-Naxçıvan" 39 xalla 2-cidir. Beləliklə, komandalar arasında fərq 8 xala çatıb.

Qeyd edək ki, bugünkü oyunlarda Misli Premyer Lqiasında 2-ci dövrəyə yekun vurulub və komandalar qış fasiləsinə yollanıb. Çempionatda 3-cü dövrə isə 2025-ci il yanvarın 17-də start götürəcək.

Misli Premyer Liqası, 18-ci tur

22 dekabr

16:30.“Qarabağ” – “Araz-Naxçıvan” - 2:0

Qol: Yassin Benzia, 41, Abdullah Zubir, 71
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli

Tofiq Bəhramov adına Respublika Stadionu

14:00.“Şamaxı” – “Sabah” - 3:1

Qollar: Edqar Adilxanov, 23 (1:0), Pavol Safranko, 38 (1:1), Belajdi Pusi, 55 (2:1), Leroy Mikels, 62 (3:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüsal Məmmədov

Şamaxı şəhər stadionu

20 dekabr

“Kəpəz” - “Sumqayıt” - 0:0

21 dekabr

“Səbail” - “Zirə” - 0:1

“Turan Tovuz” - “Neftçi” - 1:1

Oxşar xəbərlər

“Sabah" “Araz-Naxçıvan”ı məğlub etdi - Misli Premyer Liqası
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi - Misli Premyer Liqası
"Sabah" "Araz-Naxçıvan"a, “Səbail” “Şamaxı”ya qarşı - Misli Premyer Liqası
"Zirə" yavaş-yavaş "qalxır"
"Qarabağ", "Neftçi" və "Turan Tovuz"dan qələbə - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər