reklam
Pley-offa vəsiqə qazanan bütün komandalar -
Sportfm.az xəbər saytı

Pley-offa vəsiqə qazanan bütün komandalar -Konfrans Liqası


UEFA Konfrans Liqasında Liqa mərhələsinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, bu gün 6-cı turun oyunları keçirilib.

Bütün oyunlar eyni gündə baş tutub. Türkiyənin “Başakşəhər” komandası səfərdə Belçika təmsilçisi “Serkl Brügge” ilə heç-heçə edib və mübarizəni dayandırıb.

Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi HJK (Finlandiya) da İspaniyada “Betis”ə uduzaraq turnirlə vidalaşıb.

Son turda da qalib gələn “Çelsi”, eləcə də “Vitoriya”, “Fiorentina”, “Rapid”, “Yurqorden”, “Luqano”, “Legiya” və “Serkl Brügge” komandaları ilk 8 yeri tutmaqla birbaşa 1/8 finala yüksəliblər.

“Yagelloniya”, “Şemrok Rovers”, APOEL, “Pafos”, “Panatinaikos”, “Olimpiya”, “Betis”, “Haydenhaym”, “Gent”, “Kopenhagen”, “Vikinqur”, “Borats”, “Çelye”, “Omoniya”, “Molde” və “Baçka Topola” isə 9-24-cü yerləri bölüşdürməklə turnirin 1/16 final mərhələsində oynamaq hüququ qazanıblar.

Avropa Konfrans Liqası
Liqa mərhələsi
19 dekabr

“Yagelloniya” (Polşa) – “Olimpiya” (Sloveniya) 0:0

“Borats” (Bosniya və Herseqovina) – “Omoniya” (Kipr) 0:0

“Betis” (İspaniya) – HJK (Finlandiya) 1:0
Qol: C.Kardozo, 27.

“Haydenhaym” (Almaniya) – “Sankt Qallen” (İsveçrə) 1:1
Qollar: Toyerkauf, 30 – Staniç, 77.

“Panatinaikos” (Yunanıstan) – “Dinamo” (Minsk, Belarus) 4:0
Qollar: Yeremeyeff, 33. Tete, 54; 65. İoannidis, 85.

“Çelsi” (İngiltərə) – “Şemrok Rovers” (İrlandiya) 5:1
Qollar: Qiu, 23; 34; 45+3. Dyusberi-Holl, 40. Kukurelya, 58 – Pum, 26.

“Molde” (Norveç) – “Mlada Boleslav” (Çexiya) 4:3
Qollar: İhler, 27. Kral, 42-öz qapısına. Kaasa, 64. Stenevik, 90+1 – Suçi, 5. Kusey, 59. Vidra, 61.

APOEL (Kipr) – “Astana” (Qazaxıstan) 1:1
Qollar: Donis, 57 – Kazukolovas, 64.

“Çelye” (Sloveniya) – TNS (Uels) 3:2
Qollar: Edmilson, 20; 43. Zek, 79 – Deyvis, 19. Holden, 42.

“Serkl Brügge” (Belçika) – “Başakşəhər” (Türkiyə) 1:1
Qollar: Brunner, 82 – Pyontek, 74.

LASK (Avstriya) – “Vikinqur” (İslandiya) 1:1
Qollar: Lyubiçiç, 26 – Siqurpalsson, 23.

“Vitoriya” (Portuqaliya) – “Fiorentina” (İtaliya) 1:1
Qollar: Qustavo, 33 – Mandraqora, 87.

“Larne” (Şimali İrlandiya) – “Gent” (Belçika) 1:0
Qol: Kosqrove, 74.

Baçka Topola (Serbiya) – Noa (Ermənistan) 4:3
Qollar: Staniç, 41. Dyakovaç, 75; 76. Pantoviç, 81 – Ayas, 5; 49. Ferreyra, 15.

“Harts” (Şotlandiya) – “Petrokub” (Moldova) 2:2
Qollar: C.Uilson, 64. Spittal, 70 – Platika, 21. Mudrak, 83-pen.

“Luqano” (İsveçrə) – “Pafos” (Kipr) 2:2
Qollar: Belhac, 7. Bottani, 33 – Saipi, 4-öz qapısına. Qoldar, 90+5.

“Rapid” (Avstriya) – “Kopenhagen” (Danimarka) 3:0
Qollar: Belyo, 45+2. Vurmbrand, 51; 64.

“Yurqorden” (İsveç) – “Legiya” (Polşa) 3:1
Qollar: Nquen, 24. Hummet, 45+4. Aslund, 76 – Vsolek, 56.

Oxşar xəbərlər

“Başakşəhər” “Serkl Brügge” ilə görüşəcək - Konfrans Liqası
Bu gün Liqa mərhələsində V turun oyunları keçiriləcək - Konfrans Liqası
Bu gün 17 oyun keçiriləcək - Konfrans Liqası
Bu gün Konfrans Liqasında 18 oyun keçiriləcək
Bu gün 18 oyun keçiriləcək - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər