Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
“Şadam ki, “Sevilya” kimi klub Juninyo üçün təklif göndərib” -Qurban Qurbanov
Juninyo "Sevilya"dan təklif alanda bu xəbərə çox sevinib.
Sportfm.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Misli Premyer Liqasının III turundan təxirə salınmış "Şamaxı" oyundan sonra mətbuat konfransında açıqlama verən təcrübəli mütəxəssis Ağdam təmsilçisinin hücumçusu Juninyonun İspaniya təmsilçisi "Sevilya"ya keçidini istisna etməyib:
"Juninyo bu xəbəri eşidəndə çox sevinib. Futbolçuya səmimi davranışına görə təşəkkür edirəm. Onun gedişi hər bir futbolçu kimi bizə problem yarada bilər. Çünki yeni gələnlər uyğunlaşma problemi yaşayırlar. "Sevilya" kimi klubdan təklif gəlməyi xoşdur. Hazırda danışıqlar davam edir. Futbolçularımız artıq Avropa bazarına çıxıb".
Təcrübəli mütəxəssis "Şamaxı"ya qalib gəldikləri görüş barəsində də danışıb:
"Hər oyunumuz gərgin mübarizə şəraitində keçir. Çalışırdıq ki, ilin sonuna yaxın futbolçularımız zədələnməsin. Təəssüf ki, bunun əksi oldu və bir neçə oyunçumuz sıradan çıxdı. Buna baxmayaraq, "Şamaxı"ya qalib gəldik və liderliyimizi möhkəmləndirdik".
Qeyd edək ki, III turun görüşündə "Qarabağ" səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər
Juninyo daha bir tanınmış klubun transfer siyahısında
“Şamaxı” “Qarabağ”a qarşı - Misli Premyer Liqası
Təsdiqləndi - İspaniya klubundan rəsmi təklif gəlib
"Sevilya" “Qarabağ”ın Juninyosunu istəyir
Qurbanov: Qalib gələcəyimiz təqdirdə...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"Mingəçevir" 4-cü qələbəsini qazandı