reklam
Arda Güler “Real”da tarix yazdı
Sportfm.az xəbər saytı

Arda Güler “Real”da tarix yazdı


Türkiyə millisinin “Real”da oynayan futbolçusu Arda Güler dünən “Rayo Valyekano”ya qarşı La Liqanın 17-ci turunun matçında əsas heyətdə meydana çıxıb.
Sportfm.az xəbər verir ki, o, 2 qolun ötürməsini verib. “Opta Sport”un məlumatına görə, gənc yarımmüdafiəçi bu göstərici ilə “Real”ın tarixinə düşüb.

Mənbənin məlumatına görə, Güler 21-ci əsrdə La Liqada bir matçda iki məhsuldar ötürmə verən “Real”ın ən gənc futbolçusu olub. Buna türk hücumameyilli yarımmüdafiəçi 19 yaş 293 günlüyündə imza atıb.

Güler ​​bu mövsüm klubda bütün turnirlərdə 19 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

Arda Güler Almaniyanın yolunu tutur - "barter"
Güler Ronaldonu keçdi
Ançelottidən Arda Güler açıqlaması
Arda Güler zədələndi
“Real” Arda Güləri rəsmən təqdim etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər