reklam
Keçmiş futbolçu prezidenti olacaq
Sportfm.az xəbər saytı

Keçmiş futbolçu prezidenti olacaq


Gürcüstan millisinin sabiq futbolçusu futbolçusu Mixail Kavelaşvili Gürcüstan prezidenti ola bilər.
Sportfm.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Ölkənin hakim “Gürcü arzusu” partiyası Kavelaşvilinin namizədliyini irəli sürüb.

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək, yeni prezidentin andiçmə mərasimi isə dekabrın 29-da olacaq. Bu il ilk dəfə olaraq prezident seçkiləri 300 nəfərdən ibarət seçki kollegiyası tərəfindən keçiriləcək.

Qeyd edək ki, Kavelaşvili "Dinamo" (Tibilisi) ilə dəfələlə Gürcüstan çempionu olub. O, 1991-2002-ci illərdə Gürcüstan millisinin formasını geyinib. Kavelaşvili peşəkar karyerası ərzində "Mançester Siti", "Qrashopper", "Sürix", "Sion", "Aray" və "Bazel" komandalarında da çıxış edib.

Oxşar xəbərlər

Gürcüstan millisinə 10 milyon dollar mükafat verildi
Kaxaber Sxadadze yenidən Azərbaycanda - TƏYİNAT
Azərbaycanlı hakim Gürcüstan millisinin oyununda - Təyinat
Luka Quqeşaşvili Gürcüstan millisinə çağırıldı
“Qəbələ”nin futbolçusu Avstriya ilə oyuna çağırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər