reklam
Ronaldo və Messinin uğurunu təkrarladı
Sportfm.az xəbər saytı

Ronaldo və Messinin uğurunu təkrarladı


"Barselona"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında qol sayını 100-ə çatdırıb.

Sportfm.az xəbər verir ki, polşalı forvard Liqa mərhələsinin 5-ci turunun "Brest"lə oyununda penaltini dəqiq yerinə yetirib.

Bununla da o, ÇL-də 100 qol həddinə çatan 3-cü futbolçu olub. Əvvəllər bu göstəriciyə yalnız Kriştiano Ronaldo (140) və Lionel Messi (129) nail olub.

36 yaşlı futbolçu 100 qolu 125 matçda vurub.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Kərim Benzemanın Çempionlar Liqasında 90 qolu var. Tomas Müller bu turnirdə 54, Kilian Mbappe 49 qol urub.

Oxşar xəbərlər

87 qol qaldı - rekorda doğru
Ronaldo Messiyə çatdı - 157 dubl
Ronaldodan tarixi nailiyyət
Messi ikinci oldu
Messi yenə tarixə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər