Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıdan 3 min km uzaqlıqda Cəbrayıldan olan ağsaqqal
Əvvəli https://sportfm.az/69024-sti-qebeleden-soyuq-stokholma-yaz.html “Misli”nin dəstəyi ilə gəldiyimiz Stokholma gecə düşdüyümüzdən şəhəri gəzə bilməmişdik. Səhər tezdən isə havanın soyuq olmasına baxmayaraq, şəhərin mərkəzinə yollandıq. İsveçdə ictimai nəqliyyatın intellektual idarəetməsi mükəmməldi. Hər dayanacaqda avtobusun gəlmə vaxtını göstərən monitor quraşdırılıb. Dəqiqlik isə yüz faizdi. Avtobus və metro ilə yarım saatlıq yoldan sonra şəhərin tarixi mərkəzinə, kral sarayının, muzeylərin olduğu yerə çatırıq.

İsveçlilər tarixlərinə və ətraf mühitə çox böyük həssaslıqla yanaşırlar. Bu ölkədə hər şey mədəni irsin və təbiətin qorunmasına hesablanıb.
Tipik Skandinaviya şəhəri təsiri bağışlayan Stokholmda səs-küy, qaçaqaç yoxdu. Hər yerdə sakitlik hökm sürür, hər kəs təmkinli davranır. Sanki Bakıdan fərqli olaraq, burda insanlar heç yana tələsmir.

Xidmət, kafe, restoran qiymətləri biraz baha olsa da, Stokholmda ərzaq, şirniyyat, gündəlik tələbat malları Bakıdan belə ucuzdu. Xeyli gəzdikdən sonra milli komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransını qaçırmamaq üçün avtobusla otelə geri dönürük. Dayanacağa yaxınlaşan avtobusa minmək üçün kartı xüsusi qurğuya yaxınlaşdıran zaman soyuq ölkədə isti azərbaycanlı ləhcəsi ilə “keçin, keçin” deyən sürücünün üzünə heyrətlə baxıram: dayı, azərbaycanlısan?!, bəli - deyə, sürücü cavab verir, özüdə Cəbrayıldan. Təsəvvür edirsiz, Azərbaycandan 3 min km uzaqlıqda, soyuq şimal ölkəsinin paytaxtında sürücü kimi çalışan bir cəbrayıllı ağsaqqal….Davamı olacaq

Araz Əhmədov, Stokholm

Oxşar xəbərlər
İsti Qəbələdən soyuq Stokholma - YAZI
"Hər zaman olduğu kimi Azərbaycanda hər şey yaxşıdır" - Yurgen Henn
Santuşun mətbuat konfransı olacaq
Soyuq hava və "isti" "İmarət tayfa" - VİDEO
"Sumqayıt"ın futbolçuları soyuq suyun içində - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi

Misli Premyer Liqası