reklam
Millimiz Estoniya ilə bərabərə qaldı -
Sportfm.az xəbər saytı

Millimiz Estoniya ilə bərabərə qaldı -Millətlər Liqası


Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gəlib. Bu, Azərbaycan millisinin adıçəkilən rayonda keçirəcəyi ilk rəsmi matç kimi tarixə düşüb.

Görüş qolsuz heç-heçə ilə başa çatıb. Beləliklə, millimiz ən zəiflərin yer aldığı D liqasına yuvarlanıb.

Hazırda 5 turdan sonra millimiz qrupda xalsızdır və sonuncu yeri tutur. Estonlar isə 4 xalla üçüncüdürlər.

Qeyd edək ki, millimiz qrupdakı son görüşündə səfərdə İsveçin qonağı olacaq.

UEFA Millətlər Liqası

C liqası, V tur

16 noyabr

18:00. Azərbaycan - Estoniya - 0:0

Baş hakim: Con Beaton (Şotlandiya)

Qəbələ şəhər stadionu

Oxşar xəbərlər

Millimiz Estoniya ilə Qəbələdə oynayacaq - Millətlər Liqası
Yenə uduzduq - Millətlər Liqası
Millimiz Slovakiyaya qarşı - YENİLƏNİR
Millimiz Slovakiyaya uduzdu - Millətlər Liqası
Millimiz Estoniya ilə bərabərə qaldı - AVRO-2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər