reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" yüksək məbləğə görə bu futbolçunu ala bilmir - FOTO


"Qarabağ" transfer çalışmalarını gücləndirib.

Sportfm.az xəbər verir ki, Ağdam klubunun hazırda danışıq apardığı əcnəbilərdən biri "Alanyaspor"da forma geyən Vilde-Donald Querrierdir. 28 yaşlı futbolçu universiallığı ilə seçilir. O, həm yarımmüdafiənin, həm müdafiənin cinahında çıxış etməyi bacarır. "Alanyaspor"a gedənədək Querrier "Visla"da forma geyib. 28 yaşlı futbolçu 2010-cu ildən formasını geydiyi Haiti yığmasında 37 oyuna çıxıb.

Querrierin "Qarabağ"a keçidi yekunlaşmaq üzrədir. Qarşıdakı günlərdə Haiti yığmasının üzvü ağdamlılarla müqavilə imzalayacaq.

"Qarabağ"ın danışıq apardığı digər futbolçu isə Tokelo Rantiedir. Cənubi afrikalı futbolçunun adı bir müddətdir təmsilçimizlə yanaşı hallanır. Keçidin yubanmasına səbəb Rantienin məxsus olduğu "Gənclərbirliyi"nin tələb etdiyi məbləğin yüksək olmasıdır. 

Oxşar xəbərlər

Gerye yenə axtarışdadı - klubsuz qaldı
"Qarabağ"la olan müqaviləsinə sadiq qalacaq
"Qarabağ"ın yeni transferi:"Sanki uzun müddətdir burdayam"
15 qol vuran futbolçu "Qarabağ"la müqavilə imzaladı
"Qarabağ"ın transfer etmək istədiyi futbolçu Bakıda - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər