"Qarabağ"la olan müqaviləsinə sadiq qalacaq
"Qarabağ"ın yarımmüdafiəçisi Vild-Donald Gerye klubunu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportfm.az xəbər verir ki, Haiti millisinin üzvü instaqram səhifəsi vasitəsilə Azərbaycanda qalacağını vurğulayıb.
İtaliya mətbuatı dünən Geryenin karyerasını A seriyasında davam etdirməyə çox yaxın olduğunu və menecerinin ordakı klublardan biri ilə danışıq apardığını dərc etmişdi.
Lakin 29 yaşlı cinal oyunçusu "Qarabağ"la olan müqaviləsinə sadiq qalacağını bildirib: "İtaliya klubunda oynamaq üçün "Qarabağ"ı tərk edəcəyimi yazırlar. Lakin bu, düzgün informasiya deyil. Mənim "Qarabağ"la daha birillik müqaviləm var".
Qeyd edək ki, Vild-Donald Gerye "Qarabağ"a ötən yayda "Alanyaspor"dan keçib.
Oxşar xəbərlər
Donald Gerye yığmadakı karyerasını başa vurdu
Geryenin "Neftçi" ilə müqavilə şərtləri məlum oldu
Donald Gerye haranı seçəcək - Türkiyə, yoxsa İngiltərə?
Gerrye geriyə dönmədi
ÖZƏL: Donald Gerye "Qarabağ"ı niyə tərk etməyib? - Futbolçuya 100 min dollar təklif olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası