reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin futbolçusu millimizin heyətindən çıxarıldı


Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Millimizin futbolçusu Rüstəm Əhmədzadə klubu “Zirə”nin heyətində zədələndiyi üçün heyətdən çıxarılıb.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Onun əvəzinə “Qarabağ”ın hücumçusu Musa Qurbanlı milliyə dəvət alıb.

Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya yığması, noyabrın 19-da isə Solnada İsveç seçməsi ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Bəhlul Mustafazadə millinin heyətində çıxarıldı
"Qarabağ"ın hücumçusu milliyə çağırıldı
“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan millisində
Bəhlul Mustafazadə millinin heyətini tərk etdi - Zədəyə görə
Musa Qurbanlı milliyə dəvət aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər