reklam
Sportfm.az xəbər saytı

"Rəqib bir səhvimizə görə qol vurdu" -Vaqif Cavadov


“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 13-cü turunda səfərdə “Araz-Naxçıvan”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.

Sportfm.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı oyun oldu. Baxmayaraq, az qol vuruldu. Amma bu oyunda çoxlu qol imkanlarımız oldu. Qalib də gələ bilərdik. Əfsuslar olsun ki, uduzduq. Oyuna görə komandama təşəkkürümü bildirirəm. Məncə, ən yaxşı oyunlarımızdan birini oynadıq. Nəticə yaxşı olmasa da, belə oyunla, belə mübarizə ilə qarşıdakı matçlarda yaxşı nəticələr əldə edəcəyik. "Araz-Naxçıvan"ı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı komandadır. Onlara növbəti matçlarda da uğurlar arzulayıram.

- İstədiyiniz nəticəni əldə etmək üçün nə çatmadı?

- Qol imkanlarını icra etmək çatmadı. Elə oyunlar olur. Bəlkə də son dövrlərdə ən çox qol epizodları yaratdığımız oyun idi. Komandanın ifasında ən çox nədən xoşum gəldi? İstəkli idilər, irəlidə qorxmurdular. Çoxlu qol imkanlarımız oldu. Vura bilmədik. Rəqib bir səhvimizə görə qol vurdu. Nəticədə uduzduq.

- Oyun planında komandadan nə dərəcədə narazı qaldınız?

- Narazı qalmadım. Bircə ondan narazı qaldım ki, qol epizodlarından istifadə edə bilmədik. Komandanın oyunundan, əzmkarlığından heç bir narazılığım yoxdur. (sportal.az)

Oxşar xəbərlər

"Bu, futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
Gürcü məşqçi Naxçıvan klubuna çox qol vurmaqdan danışdı
"Bizim də qalib gələ bilmədiyimiz komandalar var" - Ayxan Abbasov
"Qol epizodlarından istifadə edə bilmədik" - Yunis Hüseynov
Qurban Qurbanov: "Ağır oyun oldu"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər