reklam
Millimizin seçmə mərhələ üçün heyəti -
Sportfm.az xəbər saytı

Millimizin seçmə mərhələ üçün heyəti -SİYAHI


Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, baş məşqçi İlham Yadullayev yığmaya 23 futbolçu dəvət edib.

Bunlar Məhdi Həsənov, Vüsal Kərimov, Kamil Məmmədov (hər üçü “Neftçi”), Rauf Əyyubov, Həzrət Səmədov, Əlibəy Mahmudov, İbrahim Xəlilov ( hamısı “Sabah”), Murad Qurbanov, Fərid Cabbarlı, Əhliman Süleymanzadə ( hər üçü “Zirə”),Elbrus Kərimov, Tuncay Əhmədov, Muhamməd Çodarov, Tunar Rzayev ( hamısı “Marset”, İspaniya), Zeyd Nəsirulla (“Herta Zelendorf”, Almaniya) Əli Qazıbəyov, Abdulaziz Cabbarlı, Əli İbrahim, Nihat İsgəndərov (hamısı “Qarabağ”), Həsən Məmmədli (“Rot-Veys Oberhauzen”, Almaniya), İbrahim Babayev (“Servett”, İsveçrə) və İslam Həsənovdur (“Srvena Zvezda”, Serbiya).

Qeyd edək ki, altıncı qrupda yer alan Azərbaycan millisi Macarıstan, Yunanıstan və Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Yığma müvafiq olaraq, noyabrın 13-də Macarıstan,16-da Yunanıstan, 19-da isə Rumıniya ilə üz-üzə gələcək. Hər üç görüş Rumıniyada reallaşacaq.

Oxşar xəbərlər

Millimizin heyəti açıqlandı - SİYAHI
Gənc futbolçularımız Gürcüstanla oynayacaq
Azərbaycan millisi 2 yoxlama oyunu keçirəcək - Siyahı
İspaniya klubunun futbolçuları yığma komandamızda
"Srvena Zvezda"nın futbolçusu millimizdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər