Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Araz-Naxçıvan" "Zirə"nin hədiyyəsini dəyərləndirdi -Premyer Liqa
Misli Premyer Liqasında 11-ci turun oyunları davam edir.
Sportfm.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan 1-i artıq başlayıb.
Günün ilk görüşü Mərdəkanda keçirilib. “Araz-Naxçıvan” “Zirə” ilə üz-üzə gəlib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Çempionatda ikinci dövrə oynanılsa da, tərəflər mövsümdə ilk dəfə qarşılaşıblar. Çempionatın əvvəlində Rəşad Sadıqovun komandası UEFA Konfrans Liqasında çıxışını davam etdirdiyindən “Zirə” - “Araz-Naxçıvan” oyunu təxirə salınmışdı.
Beləliklə, Elmar Baxşıyevin komandası 21 xalla üçüncü, “Zirə” isə 17 xalla dördüncü pillədə qərarlaşıb.
İlk turda “Qarabağ”a uduzduqdan sonra Naxçıvan təmsilçisi keçirdiyi 8 oyundan 6-da qalib gəlib, yalnız 3 dəfə heç-heçə edib. “Zirə” isə son 3 turda qələbə qazana bilməyib.
Misli Premyer Liqası
XI tur
26 oktyabr
16:00. “Araz-Naxçıvan” - “Zirə” - 1:1
Qollar: Georgi Papunaşvili, 31 (0:1), Felipe Santos, 89 - pen. (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov
“Liv Bona Dea Arena”

Oxşar xəbərlər
“Araz-Naxçıvan” “Zirə”yə, “Səbail” “Sumqayıt”a qarşı - Misli Premyer Liqası
“Araz-Naxçıvan” "Şamaxı”nı uddu
"Sabah" "Araz-Naxçıvan"a, “Səbail” “Şamaxı”ya qarşı - Misli Premyer Liqası
"Zirə" "Araz-Naxçıvan"la heç-heçə etdi - Misli Premyer Liqası
“Araz Naxçıvan” “Qarabağ”a qalib gəldi - Misli Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin