reklam
Qızlarımıza danışılmış oyunlarla bağlı seminar keçirildi
Sportfm.az xəbər saytı

Qızlarımıza danışılmış oyunlarla bağlı seminar keçirildi


AFFA-nın inzibati binasında seçmə mərhələ öncəsi təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvlərinə danışılmış oyunlarla bağlı maarifləndirici seminar keçirilib.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Oxşar xəbərlər

“Difai”yə danışılmış oyunlarla bağlı seminar keçirildi
“Karvan”a danışılmış oyunlarla bağlı seminar keçirildi
“Mingəçevir”ə danışılmış oyunlarla bağlı seminar keçirildi
"Şamaxı”ya seminar keçirildi - Danışılmış oyunlarla bağlı
UEFA nümayəndəsi danışılmış oyunlarla bağlı seminar keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər