reklam
UEFA nümayəndəsi danışılmış oyunlarla bağlı seminar keçirdi
Sportfm.az xəbər saytı

UEFA nümayəndəsi danışılmış oyunlarla bağlı seminar keçirdi


Lökbatan Olimpiya İdman Kompleksində I Liqada mübarizə aparan “Qaradağ Lökbatan” klubunun əsas komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Sportfm.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda "Danışılmış oyunlar"a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri tədbir iştirakçılarına təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Oxşar xəbərlər

“Karvan”a danışılmış oyunlarla bağlı seminar keçirildi
Naxçıvan klubunun üzvləri danışılmış oyunlarla bağlı seminarda
“Mingəçevir”ə danışılmış oyunlarla bağlı seminar keçirildi
"Şamaxı”ya seminar keçirildi - Danışılmış oyunlarla bağlı
19 yaşlılarımız danışılmış oyunlar haqqında bilgi aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər