reklam
SENSASİYA -
Sportfm.az xəbər saytı

SENSASİYA -Federasiya prezidentinin komandası məğlub oldu


Bu gün futzal üzrə Yüksək Liqada 1-ci turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, ilk matçda son çempion “Araz-Naxçıvan” və ötən çempionatın gümüş medalçısı “Baku Fire” qarşılaşıb.

Gərgin keçən matç “Baku Fire”in qələbəsi ilə başa çatıb. Turun ikinci oyununda debutant “Şuşa” “Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı debutant açsa da, təcrübəli futzalçılardan qurulmuş “Neftçi” sensasiyaya imkan verməyib.

Turun son görüşü dramatik alınıb. Əvvəlcə “Yasamal Bakı” ardıcıl qollarla fasiləyə üstün yollanıb. İkinci hissədə isə gənclər üstünlük qazanıb.

Baku Fire – Araz-Naxçıvan 8:6

Şuşa – Neftçi İK 1:5

U-19 – Yasamal Bakı 7:6

Oxşar xəbərlər

“Araz-Naxçıvan” çempionluğunu təmin etdi - Yüksək Liqa
"Araz-Naxçıvan"dan 22 cavabsız qol - Yüksək Liqa
“Neftçi”, “Araz-Naxçıvan” və “Baku Fire” böyükhesablı qələbə qazandı
Turun son matçında böyükhesablı nəticə - Yüksək Liqa
19 yaşlılarımız 7 qol vurdu - Yüksək Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər