reklam
Mali yığmasının oyunçusu
Sportfm.az xəbər saytı

Mali yığmasının oyunçusu "Qəbələ"də


Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ” daha bir futbolçunun keçidini gerçəkləşdirib. 

Sportfm.az xəbər verir ki, İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone və şotlandiyalı Endi Hallideylə anlaşan "qırmızı-qaralar” hücum xəttini legionerlə gücləndirib. Malili hücumçu Famoussa Kone icarə əsasında 1 il "qırmızı-qara” forma geyinəcək.

1994-cü il mayın 3-də anadan olan afrikalı forvard karyerasına Fransada başlayıb. Kone 2012-2016-cı illərdə "Bastiya” klubunun əsas və B komandalarında çıxış edib. 2015-2016-cı illərdə icarə əsasında Türkiyə "Samsunspor”unun uğurları üçün çalışan hücumçu ötən il "Göztəpə” ilə anlaşıb. 2016/17 mövsümünün ilk yarısını İzmir klubunda keçirən malili qışda "Samsunspor”a icarəyə verilib. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında iştirak edib. Onun çıxış etdiyi yığma yarışın yarımfinalına qədər irəliləyib.

Oxşar xəbərlər

"Utrext"in futbolçusu Azərbaycan Premyer Liqasında
"Midlsbro"nun futbolçu Azərbaycan Premyer Liqasında
Erediviziyada çıxış edən futbolçu Azərbaycan Premyer Liqasında
Xavyer Ernandes "Qəbələ"də
Daniel Subotiç yenidən "Qəbələ"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər