Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çimərlik futbolu üzrə millimiz həlledici matça çıxacaq
İyunun 28-dən Belarusun Vitebsk şəhərində çimərlik futbolu üzrə beynəlxalq turnir davam edir.
Sportfm.az xəbər verir ki, yarışda Türkiyə, Belarus, Litva yığması ilə yanaşı, çimrəlik futbolu üzrə milli komandamız da iştirak edir. İlk matçın əlavə vaxtında Türkiyə millisinə 1:2(Ramil Əliyev) hesabı ilə yenilən futbolçularımız, 2-ci görüşdə Litvanı 7:3(Orxan Məmmədov 2, Ramil Əliyev 2, Asif Zeynalov 2, Əbdül Əliyev 1) hesabı ilə məğlub edib. Bu gün Belarusla qarşılaşacaq İlham Əzizzadənin rəhbərlik etdiyi yığmamız qalib gələcəyi təqdirdə, turnirin qızıl medallarını qazanacaq.
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.
Oxşar xəbərlər
Hakim qərəzi yığmamıza turnirin qalibi olmağa imkan vermədi!
Nəzərov yığmanın toplanışına cəlb edildi
Çimərlik futbolu üzrə yığmamızın heyəti açıqlandı
Millimiz Türkiyə yığmasını məğlub etdi
Millimiz Super Final mərhələsində çıxış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası