Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hakim qərəzi yığmamıza turnirin qalibi olmağa imkan vermədi!
İyunun 28-də Belarusun Vitebsk şəhərində start götürən çimərlik futbolu üzrə beynəlxalq turnirə yekun vurulub.
Sportfm.az xəbər verir ki, yarışda Türkiyə, Belarus, Litva yığması ilə yanaşı, çimrəlik futbolu üzrə milli komandamız da iştirak edib. İlk matçın əlavə vaxtında Türkiyə millisinə 1:2(Ramil Əliyev) hesabı ilə yenilən futbolçularımız, 2-ci görüşdə Litvanı 7:3(Orxan Məmmədov 2, Ramil Əliyev 2, Asif Zeynalov 2, Əbdül Əliyev 1) hesabı ilə məğlub edib. Həlledici görüşdə Belarusla qarşılaşan İlham Əzizzadənin rəhbərlik etdiyi yığmamız 4:3(Asif Zeynalov 2, Orxan Məmmədov 1) hesabı ilə məğlub olub. Saytımıza daxil olan məlumata görə, Belarusla görüşdə rusiyalı və litvalı hakimlər yerli komandaya simpatiyalarını nümayiş etdirərək, bir çox məqamlarda yığmamıza qarşı haqsız qərarlar verib. Hətta bir epizodda oyunu idarə edən hakimlərin qərəzli idarəçiliyi nəticəsində futbolçularımızla belaruslular arasında mübahisə yaşanıb.
Qeyd edək ki, son görüşdə yığmamıza qalib gələn Belarus millisi turnirin qalibi olub.
Oxşar xəbərlər
Millimiz İspaniya yığmasına məğlub oldu
Millimiz turnirin qalibi oldu - FOTO
Millimizdən ardıcıl ikinci qələbə
Çimərlik futbolu üzrə millimiz həlledici matça çıxacaq
Çimərlik futbolu üzrə yığmamızın heyəti açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası