reklam
Millimiz Türkiyə yığmasını məğlub etdi
Sportfm.az xəbər saytı

Millimiz Türkiyə yığmasını məğlub etdi


Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası üçüncü oyununu keçirib. Sportfm.az xəbər verir ki, Türkiyə yığması ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Vaqif Şirinbəyov, Asif Zeynalov və Əbdül Əliyev vurub.
 
Qeyd edək ki, əvvəlki oyunlarında İspaniyaya 4:2 hesabıyla qalib gələn millimiz İsveçrəyə 6:7 hesabıyla uduzmuşdu.

Oxşar xəbərlər

Millimiz ilk oyunda məğlub oldu
Millimiz məğlub oldu
Millimiz məğlub oldu
Millimiz "A" divizionuna vəsiqə qazanıb
Millimiz Danimarkanı məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər