Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Əlimizdən gələni etdik" -Fernandu Santuş
Bu gün Azərbaycan milli komandası Millətlər Liqasının qrup mərhələsində 2-ci tur oyununa çıxıb.
Sportfm.az xəbər ki, Millətlər Liqası çərçivəsində baş tutan Slovakiya-Azərbaycan (2-0) matçından sonra yığmamızın baş məşqçisi Fernandu Santuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Santuş: Rəqibi təbrik edirəm, yaxşı oyun göstərdilər. Əlimizdən gələni etdik, sona kimi savaşdıq, amma təəssüf ki lazım olmayan yerdə top itkilərinə yol verirdik. Rəqib ilk dəqiqələrdən hücumlarla başladı. Slovaklar daim bizi pressinqdə saxlayırdı. Əsas problemimiz oyunda intensivliyin olmamasıdı. Biz mental düşüncəmizi dəyişməliyik. Bunu komanda olaraq etməliyik.
Sual: İsveçlə oyunun cəzasını Ramil və Eminə kəsmişdiz?
Cavab: Bu cəza deyildi, taktiki gediş idi
Sual: Amin Seydiyev oyunda sanki yox idi.
Cavab: Sarı aldı və qorxmağa başladı, mən isə onu dəyişdim. Ona görə deyirəm ki, mental olaraq dəyişmək lazımdı. Məşqdə əladı, ancaq oyunda, bunu deyə bilməyəcəm. Bu tək müdafiə xəttinə aid deyil. Ən yaxşı oyunçular Rahil Məmmədov və Aleksey İsayev idi. Olacaq, dəyişəcəyik. Oyunçularımız stres altında oynamağa alışmalıdı.
Sual: Start heyətində yeni futbolçular daxil etmişdiz. İkinci hissədə Emin Mahmudov istisna olmaqla İsveçlə oyundakı heyətə döndüz.
Cavab: Biz üç gündən sonra növbəti oyuna çıxırdıq, rəqib də eyni şeyi etmişdi. Məhz buna görə heyətdə dəyişilik etdim.
Sual: Portuqaliya yığmasından sonra Azərbaycan millisi ilə çalışmaq çoxmu çətindi?
Cavab: Normaldı. Portuqaliya çox güclü futbolçulara sahibdi, biz onlar kimi çalışsaq, bizlər də bir yerlərə gələ bilərik. Çalışmaq lazımdı, həm mental, həm fiziki. Azərbaycanda bir gözəl nümunə var - “Qarabağ”, onlar çalışdı və etdi. Bu Azərbaycanda baş verib, başqa yerdə yox. Bugün yata bilməyəcəm. Çox pisəm. Amma, bu komandaya inanıram.

Oxşar xəbərlər
"Rəqabətədavamlı komanda yaratmaq istəyirik" - Fernandu Santuş
Santuş jurnalistlərin önünə çıxacaq
Millimizin baş məşqçisi Qəbələyə yollandı - FOTO
Santuşla 3+1 illik müqavilə bağlanılıb
Xəyallar Qurbanov, gerçəklər Santuş
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin