reklam
Sportfm.az xəbər saytı

"Şirak"dan "Şemrok"a qədər - Avropa Liqasının bütün nəticələri


Avropa Liqasında 2017/18 mövsümünə start verilib.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, I təsnifat mərhələsində 100 komanda mübarizə aparır.

Bu isə o deməkdi ki, ilk oyunlar çərçivəsində 50 görüş baş tutub.
 
Turnirdəki təmsilçilərimizdən "İnter" üçün "Fola" (Lüksemburq) - "Milsami" (Moldova) cütündə kimin üstün olacağı böyük önəm kəsb edir. Belə ki, bakılılar Serbiyanın "Mladost" komandasını mübarizədən kənarlaşdıracaqları halda, II təsnifat mərhələsində məhz bu cütün qalibi ilə üz-üzə gələcəklər.
 
İlkin mərhələdən azad olan "Qəbələ" isə diqqətini "Dinamo" (Batumi, Gürcüstan) - "Yagelloniya" (Polşa) cütünə yönəldəcək. İki oyunun nəticəsinə görə sevinəcək tərəf növbəti mərhələdə "Qəbələ"nin önünə çıxacaq.
 
Avropa Liqasındakı digər təmsilçimiz "Zirə"nin isə növbəti mərhələyə adlayacağı halda, Rumıniyanın "Astra" klubu ilə üz-üzə gələcəyi öncədən bəlli idi.
 
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
29 iyun
 
"Şirak" (Ermənistan) - "Qoritsa" (Sloveniya) - 0:2
Qollar: Kapiç, 15, 69
 
"İrtış" (Qazaxıstan) - "Dunav" (Bolqarıstan) - 1:0
Qol: Buqaev, 5
 
"Kayrat" (Qazaxıstan) - "Atlantas" (Litva) - 6:0
Qollar: Qohu, 21, 50, Arşavin, 26, 42, İliçeviç, 30, 73
 
"Partizani" (Albaniya) - "Botev" (Bolqarıstan) - 1:3
Qollar: Sukay, 5 - Kossoko, 27, 88, Nedelev, 62
 
"Pünik" (Ermənistan) - "Slovan" (Slovakiya) - 1:4
Qollar: Avetisyan, 8 - Holosko, 26, 68, Saviçeviç, 62, Şahnazaryan, 75 (öz qapısına)
 
"Ventspils" (Latviya) - "Valyur" (İslandiya) - 0:0
 
"Trençin" (Slovakiya) - "Torpedo" (Gürcüstan) - 5:1
Qollar: Mans, 36, 40, Catakoviç, 75, Paur, 81, Beridze, 87 - Quruli, 10
 
"Dinamo" (Belarus) - "Runavik" (Farer adaları) - 2:1
Qollar: Ostruk, 42, Noyok, 52 - Coensen, 86
 
"Levadiya" (Estoniya) - "Kork Siti" (İrlandiya) - 0:2
Qollar: Bakli, 43, Betti, 83
 
"Çixura" (Gürcüstan) - "Rayndorf" (Avstriya) - 0:1
Qol: Nqat Mahop, 4
 
"Dinamo" (Batumi, Gürcüstan) - "Yagelloniya" (Polşa) - 0:1
Qol: Şeridan, 49
 
"Şkendiya" (Makedoniya) - "Daçiya" (Moldova) - 3:0
Qollar: İbrami, 7, Radeski, 11, 75
 
"Şaxtyor" (Belarus) - "Suduva" (Litva) - 0:0
 
"Vaasa" (Finlandiya) - "Olimpiya" (Sloveniya) - 1:0
Qol: Vahtera, 12
 
"Kalyu" (Estoniya) - B-36 (Farer adaları) - 2:1
Qollar: Tyapkin, 13, Dmitriyev, 79 - Yohanssen, 49
 
"Lyunqbyu" (Danimarka) - "Banqor" (Uels) - 1:0
Qol: Blum, 13
 
"Beytar" (İsrail) - "Vaşaş" (Macarıstan) - 4:3
Qol: Minatto Paulino, 19, Benayun, 88, Vered, 90+1, Sabo, 90+3 - Pavlov, 36, 44, Kulçsar, 53
 
"Ferensvaroş" (Macarıstan) - "Yelqava" (Latviya) - 2:0
Qollar: Varqa, 11, 69
 
AEK (Kipr) - "Linkoln" (Cəbəllütariq) - 5:0
Qollar: Taulemess, 22, 68, Tomas, 52, 55, Triçkoviski, 77
 
"Hoqesund" (Norveç) - "Kolreyn" (Şimali İrlandiya) - 7:0
Qollar: Tronstad, 8, Abdi, 33, Hayradinoviç, 42, İkedi, 49, İbrahim, 52, Huseklepp, 61, Buduson, 71
 
"Levski" (Bolqarıstan) - "Sutyeska" (Monteneqro) - 3:1
Qollar: Mpia, 1, 21, Proçazka, 45+1 - Markoviç, 79
 
"Odd" (Norveç) - "Ballimena" (Şimali İrlandiya) - 3:0
Qollar: Mladenoviç, 1, Broberq, 53, Hauqen, 90+2
 
"UE Santa Koloma" (Andorra) - "Osiyek" (Xorvatiya) - 0:2
Qollar: Mioç, 79, Lukiç, 90
 
"Zarya" (Moldova) - "Sarayevo" (Bosniya və Herseqovina) - 2:1
Qollar: Zaginailov, 7, Qomez, 34 - Mihoyeviç, 71
 
"Zirə" (Azərbaycan) - "Differdanj" (Lüksemburq) - 2:0
Qollar: Qadze, 22, Belfort, 80
 
"Fola" (Lüksemburq) - "Milsami" (Moldova) - 2:1
Qollar: Dallevedove, 5, Haci, 80 - Platika, 81
 
"Bala Taun" (Uels) - "Vaduts" (Lixtenşteyn) - 1:2
Qollar: Venables, 61 - Zarate, 21, Brunner, 29
 
"Konnak" (Uels) - HİK (Finlandiya) - 1:0
Qol: Vulf, 40
 
"Klaksvik" (Farer adaları) - AİK (İsveç) - 0:0
 
"Makkabi" (Təl-Əviv, İsrail) - "Tirana" (Albaniya) - 2:0
Qol: Kohen, 27, Dasa, 64
 
"Midtyulland" (Danimarka) - "Derri Siti" (İrlandiya) - 6:1
Qollar: Dal Hende, 4, Riis, 15, Poulse, 44, Krun, 59, 61, Kraev, 84
 
"Norçepinq" (İsveç) - "Priştina" (Kosovo) - 5:0
Qollar: Karlson, 10, Anderson, 24, 26, Holmberq,31, 40
 
"Skenderbeu" (Albaniya) - "Sent Culiya" (Andorra) - 1:0
Qol: Latifi, 69
 
"Voyvodina" (Serbiya) - "Rujomberok" (Slovakiya) - 2:1
Qollar: Malbaşiç, 8, 21 - Daniel, 81
 
"Domjale" (Sloveniya) - "Flora" (Estoniya) - 2:0
Qollar: Repas, 77, Jujek, 90
 
"Srvena Zvezda" (Serbiya) - "Floriana" (Malta) - 3:0
Qollar: Boakye, 45, 89, Srniç, 78
 
"Mladost" (Serbiya) - "İnter" (Azərbaycan) - 0:3
Qollar: Skarlatake, 23, 41, Rauf Əliyev, 75
 
"Mladost" (Monteneqro) - "Qandzasar" (Ermənistan) - 1:0
Qol: Dyurişiç, 57
 
"Şiroki Briyeq" (Bosniya və Herseqovina) - "Ordabaşı" (Qazaxıstan) - 2:0
Qollar: Krastanoviç, 37, 45
 
"Tre Penne" (San-Marino) - "Rabotniçki" (Makedoniya) - 0:1
Qol: Mitrev, 90
 
"Kruzaders" (Şimali İrlandiya) - "Liepaya" (Latviya) - 3:1
Qollar: Louri, 28, Karvi, 35, Ouens, 55 - Karasauskas, 61
 
"Lex" (Polşa) - "Pelister" (Makedoniya) - 4:0
Qollar: Nilsen, 28, Situm, 30, 57, Mayevski, 38
 
"Qlazqo Reyncers" (Şotlandiya) - "Proqres" (Lüksemburq) - 1:0
Qol: Miller, 37
 
"Sent Conston" (Şotlandiya) - "Trakai" (Litva) - 1:2
Qollar: Şoqnessi, 32 - Maksimov, 14, Silenas, 36
 
"Sent Cozef" (Cəbəllütariq) - AEL (Kipr) - 0:4
Qollar: Arruabarena, 4, Meska, 51, Lafrans, 64, 72
 
"Valletta" (Malta) - "Folqor" (San Marino) - 2:0
Qollar: Borq, 42, Velasko, 48
 
"Videoton" (Macarıstan) - "Baltsan" (Malta) - 2:0
Qollar: Sçepoviç, 79, Lazoviç, 90+4
 
"Jelezniçar" (Bosniya və Herseqovina) - "Zeta" (Monteneqro) - 1:0
Qol: Lendriç, 48
 
"Reykyavik" (İslandiya) - SJK (Finlandiya) - 0:0
 
"Styarnan" (İslandiya) - "Şemrok Rovers" (İrlandiya) - 0:1
Qol: Şou, 38

Oxşar xəbərlər

Avropa Liqası: II mərhələnin cütləri bilindi
Bakı "İnter"i üçün zəif rəqiblər
"Zirə"nin Avropada mərhələ keçmək şansı artdı
Avropa Liqası: Gecənin bütün nəticələri
Avropa Liqası: İlk oyunlar yekunlaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər