Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ölkəmizi Rusiyada bu güləşçilər təmsil edəcək -SİYAHI
Azərbaycanı Rusiyanın Tümen şəhərində keçiriləcək yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə təmsil edəcək idmançılar müəyyənləşib.
Sportfm.az xəbər verir ki, ənənəvi turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli, Fərid Baxışlı (hər ikisi 63 kq), Ülvü Qənizadə, Faiq Səfərli (hər ikisi 72 kq) və Qurban Qurbanov (82 kq) təmsil edəcək.
Komanda sabah Rusiyaya yollanacaq.
Dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil olunacaq yarışda Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları iştirak edəcək. Turnir sentyabrın 24-25-də keçiriləcək.

Oxşar xəbərlər
Güləşçilərimiz Polşada beynəlxalq turnirdə iştirak edəcək
Güləşçilərimiz reytinq turnirində çıxış edəcək
Millimizin heyəti açıqlandı - SİYAHI
Sərbəst və qadın güləşçilərimiz Kiyevdə sınaqdan keçiriləcək - FOTO
Qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatı başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası