reklam
Mahirin adı iştirak ərizəsində
Sportfm.az xəbər saytı

Mahirin adı iştirak ərizəsində


Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli bu gün Almaniya 2-ci bundesliqasında debüt edə bilər.
Sportfm.az xəbər verir ki, “Nurnberq”in 27 yaşlı hücumçusu “Ulm 1846” komandasına qarşı keçiriləcək 5-ci turun oyununun iştirak ərizəsində yer alıb. Onun adı ehtiyat oyunçular sırasına salınıb.

M.Emreli zədəsi səbəbindən bundan öncəki oyunları buraxmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, “Ulm 1846” - “Nürnberq” oyunu Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Hazırda “Nürnberq” 4 oyundan 4 xalla 18 komanda arasında 13-cü yeri tutur. Onun bugünkü rəqibi “Ulm” isə 4 matçdan 1 xalla 16-cı pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Emreli komanda ilə məşqlərə başladı
Emrelinin komandası növbəti mərhələdə
Mahir Emreli Almaniya klubunda - RƏSMİ
Mahirin komandasının növbəti oyunu - Xorvatiya çempionatı
Mahir Emreli əsas heyətdə - Türkiyə Super Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər