reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" və “Zaqatala” bərabərə qaldı -I Liqa


Bu gün Azərbaycan 1-ci liqasında 1-ci tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

Ötən mövsüm Premyer Liqada sonuncu olan və elitanı tərk edən "Qəbələ" 1-ci liqada ilk oyununa çıxıb. Kaxaber Sxadadzenin komandası Qəbələ şəhər stadionunda "Zaqatala" ilə qarşılaşıb və 0:0 hesablı bərabərə qalıb.

Bu, "Qəbələ"nin aşağı liqada ikinci mövsümüdür. Debütü 2005-2006-cı illər mövsümünə təsadüf edən "qırmızı-qaralar" birinci divizionun (indiki 1-ci Liqa) ilk turunda "Şərur"la qarşılaşıb. 2005-ci il sentyabrın 21-də keçirilən görüşdə "Qəbələ" 8:0 hesabı ilə qalib gəlib.

Günün digər oyununda isə MOİK "Mingəçevir"i qəbul edib və 1:2 hesabı ilə uduzub.

13 sentyabr

17:00.“Qəbələ” – “Zaqatala” - 0:0
Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov
Qəbələ şəhər stadionu

17:00.MOİK – “Mingəçevir” - 1:2

Qollar: Aqil Nəsibov, 20 (0:1), Taleh Fərmanov, 70 (0:2), İbrahim Əliyev, 90+1-pen. (1:2)
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Rəsul Babayev
Lökbatan OİK stadionu

12 sentyabr (cümə axşamı)

“Difai” – “Cəbrayıl” - 0:1
“İmişli” – “Bakı Sportinq” - 1:2

11 sentyabr (çərşənbə)

“Karvan” – “Qaradağ Lökbatan” - 1:0

Oxşar xəbərlər

"Qəbələ" ilk oyununa çıxır - I Liqa
İlk turun təyinatları - I Liqa
1-ci Liqada yeni mövsümün təqvimi bilindi
“İmişli” və “Şamaxı” bərabərə qaldı, MOİK qalib gəldi
"Karvan"dan bərabərlik, "Qaradağ Lökbatan"dan qələbə - Birinci Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər