reklam
Sportfm.az xəbər saytı

"Neftçi" yenə menecerlərin cibini doldurdu


"Neftçi” hücumçu transfer edib.

Sportfm.az xəbər verir ki, qambiyalı Dembo Darbo artıq “Neftçi” ailəsinin üzvüdür. 22 nömrəli formanı geyinəcək 26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.

Oxşar xəbərlər

"Neftçi" Quzzo ilə "qaza gələcək" - RƏSMİ
"Neftçi" millimizin üzvünü transfer etdi
"Neftçi" Türkiyədən hücumçu transfer etdi
“Neftçi”dən daha bir transfer
İspaniyalı hücumçu “Neftçi”də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər