reklam
Azərbaycan klubu Çempionlar Liqasına qələbə ilə başladı
Sportfm.az xəbər saytı

Azərbaycan klubu Çempionlar Liqasına qələbə ilə başladı


Bu gün Azərbaycan təmsilçisi "Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb.

Sportfm.az xəbər verir ki, ilkin mərhələdə H qrupunda yer alan komanda “Sparta Belfast” (Şimali İrlandiya) ilə qarşılaşıb. İsveçin Uddevalla şəhərində oynanılan matçda təmsilçimiz 7:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" növbəti matçını sabah “Sillamae Silla”ya (Estoniya) qarşı keçirəcək. Vitali Borisovun kollektivi avqustun 24-də isə İsveç “Uddevalla”sı ilə üz-üzə gələcək.

Xatırladaq ki, ilkin mərhələdə yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

18:00. "Araz-Naxçıvan" (Azərbaycan) - “Sparta Belfast” (Şimali İrlandiya) - 7:1

Qollar: Giovanni Valerio, 2:06, 19:33, 20:32, K. Manafov, 21:01, Yaniç Aleksandar, 26:54, Amadeu, 32:18, E. Həsənzadə, 39:16 - Best, 34:49

Oxşar xəbərlər

"Araz-Naxçıvan" mübarizəyə başlayır - Çempionlar Liqası
“Araz-Naxçıvan” İsveçə yollandı
"Araz-Naxçıvan"ın oyunlarına hakim təyinatları - Çempionlar Liqası
“Araz-Naxçıvan”ın potensial rəqibləri
“Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı rəqibləri bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər