reklam
39 yaşında görün hara çağırıldı
Sportfm.az xəbər saytı

39 yaşında görün hara çağırıldı


“Real”ın yarımmüdafiəçisi Luka Modriç sentyabrda keçiriləcək təlim-məşq toplanışı üçün Xorvatiya millisinə çağırılıb.

Sportfm.az xəbər verir ki, xorvatlar gələn ay UEFA Millətlər Liqasında Portuqaliya (5 sentyabr) və Polşa (8 sentyabr) ilə görüşlər keçirəcəklər.

İkinci oyunun ertəsi günü Modriç 39 yaşını qeyd edəcək.

Modriç bu yay “Real”la bir mövsümlük yeni müqavilə imzalayıb. O, 2006-cı il martın 1-də Xorvatiya millisində debüt edib. O vaxtdan bəri komandanın heyətində 178 oyun keçirən yarımmüdafiəçi, 26 qol vurub və 29 məhsuldar ötürmə verib.

Oxşar xəbərlər

Ən yaşlı qol vuran oyunçu - Luka Modriç
Luka Modriç "Real"dan ayrılır - İddia
Luka tarixə düşdü - qocalmaq bilməyən Modriç
Modriç 3,5 milyon təzminat alacaq - Məhkəməni uddu
Xorvatiyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər