reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin dərdi var, "Neftçi" xəstədir...


Bu gün Misli Premyer Liqasında 3-cü turun daha bir oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, "Neftçi" "Sabah"ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda oynanılan görüş "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Sabah"ın yeni mövsümdə ilk qələbəsi, "Neftçi"nin isə ilk məğlubiyyəti olub.

Qeyd edək ki, bu tur keçirilməli olan “Şamaxı” - “Qarabağ” və “Zirə” - “Araz-Naxçıvan” matçları təxirə salınıb. “Qarabağ”ın Çempionlar Liqasının, “Zirə” isə Konfrans Liqasının pley-offuna yüksəldiyindən bu kollektivlərin oyunu başqa vaxta keçirilib.

18 avqust (bazar)

20:30. “Neftçi” - “Sabah” - 0:2

Qol: Amin Seydiyev, 54, Coy Lens Mikels, 76
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: İnqilab Məmmədov

Zirə İdman Kompleksinin stadionu

Oxşar xəbərlər

"Sumqayıt" "Səbail"ə qalib gəldi - Misli Premyer Liqası
"Turan Tovuz"dan böyükhesablı qələbə - Misli Premyer Liqası
“Kəpəz” “Turan Tovuz”a, “Sumqayıt” “Səbail”ə qarşı - Misli Premyer Liqası
“Şamaxı” – “Qarabağ” matçına hakim təyinatları - Misli Premyer Liqası
"Neftçi" "Səbail"ə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər