reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin rəqibinin çalışdırıcısı: Gücümüzü göstərməliyik


"Osiyek" Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah doğma meydanda "Zirə"ni qəbul edəcək.

Sportfm.az xəbər verir ki, Xorvatiya təmsilçisinin baş məşqçisi Federiko Koppitelli matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. İtalyan mütəxəssis "Zirə"nin təhlükəli rəqib olduğunu bildirib:

"Yaxın günlərdə iki yüksək səviyyəli rəqibə qarşı oynayacağıq. Onlardan biri Çempionlar Liqası səviyyəsində olan “Dinamo”dur (Zaqreb). Amma buna qədər, deyərdim ki, Avropa Liqası səviyyəsində olan “Zirə” ilə qarşılaşacaq. "Zirə" çox təhlükəli və yaxşı rəqibdir. Onlar öz çempionatlarında qalib olmağa namizədlərdən biridir. Növbəti mərhələyə keçmək istəyirik. Aydındır ki, çempionatdakı məğlubiyyət kədərlidir, lakin biz özümüzü toparlayıb komandamızın gücünü azarkeşlərə göstərməliyik".

Oxşar xəbərlər

"Zirə" üçün tanış rəqib - Konfrans Liqası
"Zirə" "DAK 1904"lə qarşı-qarşıya - Konfrans Liqası
“Zirə” “Şerif”ə qarşı - Avropa Liqası
""Bavariya" çox güclü rəqibdir" - italiyalının qorxusu
“Qarabağ”ın təcrübəli oyunçuları var” – Xabi Alonso

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər