reklam
Artırılmayan 300 min, varlı bölgə klubları - SEZON ÖNCƏSİ -
Sportfm.az xəbər saytı

Artırılmayan 300 min, varlı bölgə klubları - SEZON ÖNCƏSİ -Birinci Liqa


Bu mövsüm futbol üzrə Azərbaycan Birinci Liqasında ciddi intriqa gözlənilir. Belə ki, Premyer Liqadan düşən "Qəbələ" yenidən ora qalxmağa iddialıdı. Üstəlik, Birinci Liqada ən güclü maliyyə dayaqlarına sahib olan "İmişli" FK-da bir vəsiqə uğrunda güclü mübarizə aparacaq. Bəs bu klubların və digərləribin büdcəsi nə qədərdi, futbol elitasına qalxmaq üçün, yaxşı komanda qurmaq üçün nə qədər vəsait tələb olunur?
Əvvəla başlayaq ondan ki, AFFA-nın bu il üçün Birinci Liqa komandalarına ayıracağı məbləği artıracağı gözlənilsə də, bu baş vermədi. Klublara verilən 300 min manat yerində qaldı. Daha doğrusu 240 manat, 60 mini vergiyə gedir və hər ay klublar cəmi 24 min manat alır. Əlbəttə bu Birinci Liqa üçün çox aşağı məbləğdi, bu pula iddialı komanda yaratmaq mümkünsüzdü. Premyer Liqa klublarına 10 dəfə artıq pul ayıran federasiya mütləq bunun üzərində düşünməlidi. Maliyyə fərqi çox olduğundan, Premyer Liqa və Birinci Liqa komandaları arasında səviyyə fərqi də çox böyükdü, demək olar ki, klublar arasında uçurum var. Bu xüsusən də, kubok görüşlərində aydın görünür.
Hamı gözəl bilir ki, Birinci Liqada komanda saxlamaq üçün ay ərzində ən azı 40-50 min manata ehtiyac var. AFFA bu haqda mütləq düşünməlidi.
İndi gələk Birincilər arasında ən güclü maliyyə dayaqları olan klublara - Ötən il olduğu kimi, bu ildə "İmişli" güclü maliyyə dayaqlarına malikdi. Hazırda bu klub büdcəsinə görə(1 milyon 200 min manat) Birinci Liqada birincidi. Bölgə komandasını digər bölgə klubu "Qəbələ" izləyir - 1 milyon manat büdcə. İlk üçlükdə qərarlaşan sonuncu klub da bölgəni - Yevlaxı təmsil edir. "Karvan"ın büdcəsi 880 min manatdır. Hazırda hər 3 klub heyətlərinə Premyer Liqa komandalarında oynamış xeyli sayda futbolçu ilə yanaşı, legionerlər də cəlb ediblər. Bu klublarda maaşlar 1500-3000 min manat arasında dəyişir. Belə görünür ki, Premyer Liqaya çıxmağa iddialı olan bu komandaların hansısa büdrəsə(ki, büdrəyəcək) o zaman həmin klubda növbəti il maliyyə sıxıntıları yaşana bilər.

Oxşar xəbərlər

AFFA-nın ötənilki xərcləri - 28 milyon
AFFA Premyer Liqa və Birinci Liqa klub nümayəndələri ilə görüşdü - ONLAYN
2-ci divizion klublarına 50 min veriləcək - Baş katib açıqladı
“Qarabağ” "Neftçi"dən 23 milyon manat çox qazanıb
AFFA klublara maliyyə yardımı ediləcək - Koronavirusa görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər